Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Ukraynanın Yalta şəhərində keçiriləcək ?Teatr. Çexov. Yalta? adlı III Beynəlxalq teatr festivalında iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, sentyabrın 11-dən 18-dək keçiriləcək fetivalda teatrın yaradıcı kollektivi M.Zadornovun ?Ər almaq istəyirəm? tamaşası ilə çıxış edəcəkdir.