Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Ali Radasının qarşısında etirazçıların quraşdırdığı çadırlardan birində məskunlaşıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, M. Saakaşvili bundan əvvəl Ukrayna parlamentinin qarşısındakı etirazçılara qoşulmaq niyyətində olduğunu açıqlayıb. O müxalif siyasətçiləri də ona qoşulmağa çağırıb.
Məlumata görə, M.Saakaşvilinin çadırı Mariinski parkında quraşdırılıb. Çadırın qarşısında bir neçə mühafizəçinin keşik çəkdiyi bildirilir.