Ukrayna Təhlükəsizlik Xidməti ölkə prezidenti P. Poroşenkoya qarşı sui-qəsd barədə yayılan məlumatları təkzib edib.
APA-nın TSN-ə istinadən verdiyi xəbərə görə, bunu xidmətin sözçüsü Yelena Qitlyansakya bəyan edib.
"Yayılan məlumatlar həqiqətə uyğun deyil”, deyə Y.Qitlyansakya bildirib.
Təhlükəsizlik Xidmətindən həmçinin bildirilib ki, məlumatın kim tərəfindən KİV-lərə göndərilməsi araşdırılır.