Türk Silahlı Qüvvələri (TSK) Suriyanın İdlib bölgəsində hər cür müdafiə və hücum silahları ilə təmin ounmuş ilk müşahidə məntəqəsini tam qurduqlarını elan edib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, TSK digər müşahidə nöqtəərində də oxşar məntəqələri qurmaqda davam edir.

TSK-dən verilən məlumata görə, ordu Suriya sərhədini keçdikdən bu günə qədər keçirdiyi əməliyyatlarda 45 terrorçunu zərərsizləşdirib: "Onlardan ikisi terror qruplarında lider olub".