Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Ərdoğanın baş müşaviri, millət vəkili Şaban Dişli istefa verib.

Mia.az "Haberturk"ə istinadən xəbər verir ki, o, istefa səbəbini belə izah edib: "Bu aralar həm prezident Ərdoğanın, həm də AKP-nin daha çox gündəmdə olması və mübahisələrə son qoymaq üçün istefa verdim".

Xatırladaq ki,  Şaban Dişli istefa verdiyi vəzifəyə avqust ayında təyin edilmişdi.

Mia.az