?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi tikinti materialları bazarlarında vəziyyətə dair monitorinqin nəticələrini açıqlayıb. İyul ayında yerli metal məhsulları arasında künyə, sex armaturunun qiymətində cüzi azalma baş versə də, Ukraynadan idxal edilən sink təbəqə və Rusiyadan gətirilən mismar növlərində artım qeydə alınıb. Ümumilikdə iyul ayı üzrə əvvəlki ayla müqayisədə tikinti materiallarının qiymətində 0,48% azalma baş verib. Aşağıdakı cədvəldən də göründüyü kimi, 38 adda tikinti materialından yalnız 8-i üzrə qiymət artımı, 6-da isə qiymət azalması baş verib.