Azərbaycanda dairə seçki komissiyalarının üzvlərinə kurslar keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Məlumatda bildirilir ki, bu kurslar Bakı şəhərindəki dairələrdə avqustun 23-dən başlayaraq ayın 27-nə qədər keçiriləcək. Sentyabrın 1-dən isə bölgələr üzrə bu cür kursların keçirilməsinə başlanılacaq. Kurslarda müxtəlif dövlət qurumlarının nümayəndələrinin də iştirak edəcəyi vurğulanıb.