Türkiyə ilə ABŞ arasında yaşanan viza böhranına Amerikanın Ankaradakı keçmiş səfiri Ceyms Ceffri də şərh verib.

Mia.az xəbər verir ki, " Financial Times"ə danışan sabiq səfirin sözlərinə görə, heç bir ölkə belə təzyiqi qəbul etməz:

"Hazırkı bu böhran türk iqtidarında təmsil olunan və ABŞ-ı hədəfə alan məhdud sayda şəxslərin açıqlamalarından doğan ixtilafdır.  Bu böhran Ərdoğanla Tramp səviyyəsində həll olunmalıdır".

Diplomat bildirib ki, viza qadağası fövqəladə bir addımdır: "Bunu Rusiyaya belə tətbiq etməmişdik".

Mia.az