?Bank of Baku?nun mənfəəti 49% artıb
?Bank of Baku?nun aktivləri keçən ilin analoji göstəricisi ilə müqayisədə 28% artaraq 221 535 min AZN təşkil edib. Bankın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, müştəriləri üçün müntəzəm olaraq həyata keçirdiyi effektiv kredit kampaniyaları nəticəsində bankın kredit portfeli də genişlənib. Kredit portfelinin həcmi 2009-cu ilin analoji göstəriciləri ilə müqayisədə 30% artaraq 166 985 min AZN təşkil edib.
O cümlədən, 2009-cu ilin iyul ayının göstəriciləri ilə müqayisədə istehlak kreditlərinin həcmi 42% artaraq 133 722 min AZN təşkil edir. II rübdə Bank of Baku-nun əmanətlərinin də xeyli artımı müşahidə olunub. 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə bankın depozit portfeli 36% genişlənərək 171 586 min AZN təşkil edib. O cümlədən, əhalinin müddətli depozitləri 71% artaraq 102 375 min AZN təşkil edib, bu isə Bank of Baku-nun müştərilərinin yüksək etibarlılıq dərəcəsinin və loyallığının sübutudur.
31 iyul 2010-cu il tarixinə bankın xalis mənfəəti 7 896 min AZN təşkil edib. Bu göstərici 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə 49% artıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19