ABŞ-ın müdafiə naziri Ceyms Mettis Şimali Koreya ilə problemi həlli etmək üçün ordunun hərbi müdaxiləyə hazır olmasının vacibliyini bildirib.

Pentaqon rəhbəri hazırda beynəlxalq proseslərin çox qarışıq olduğunu və Ş.Koreyanın da təhrikedici hərəkətlərə davam etdiyini söyləyib.

O deyib ki, ABŞ ordusu prezidentin göstəriş verəcəyi təqdirdə müharibəyə hazır olmalıdır: Mettis, "Bizi necə bir gələcəyin gözlədiyini söyləyə bilmərəm” - deyə sözlərinə əlavə edib(Qafqazinfo).