isa Qəmbər: "Hər zey Müsavat- AXCP seçki blokunun qərarından asılıdır"
?Bu gün YAP-da daxil olmaqla ölkədə bütün siyasi qüvvələr bizim qərarımızı gözləyirlər?. Bunu AzadlıqRadiosunun ?İşdən sonra? proqramında Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. İsa Qəmbərin sözlərinə görə, bir sıra partiyaların namizədlərinin hansı dairədən qeydə alınması Müsavat- AXCP seçki blokunun qərarından asılıdır.
?Faktiki olaraq bu gün YAP da daxil olmaqla ölkədə bütün siyasi qüvvələr bizim qərarımızı gözləyirlər. Bir çox partiyalar, müxalifət adlandırılan partiyalar blok qurma barədə danışırlar,amma ortada heç nə yoxdur. Bir sıra hakimiyyətin yanında olan partiyalar var ki, uzun müddət blok haqqında danışırdılar, ancaq son günlərdə Müsavatla-Cəbhənin seçki blokunun alınacağı görünəndən sonra bir az dəqiq danışmağa başlayıblar ki, blok yaradacaqlar. Hətta Siyavuş Novruzov da etiraf etdi ki, biz müxalifətin namizədlərini izləyirik, o bəlli olandan sonra biz də öz namizədlərimizi müəyyənləşdirəcəyik. Yəni bununla etiraf etdilər ki, YAP-ın seçki qərarları, faktiki olaraq hakimiyyətin seçki qərarları, çünki YAP-ın seçki qərarları fiktiv bir şeydir, yəni qərarları prezident aparatında qəbul edəcəklər. Onların namizədlərinin hara gedəcəyi bizim qərarımızdan asılıdır?,-deyə İ.Qəmbər bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51