Türkiyənin baş qərargah rəisi Hulusi Akar Suriyanın İdlib bölgəsinə bu gün başlanan hərbi əməliyyatla bağlı  sərhəddə yerləşən Hatay şəhərinə gəlib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hulusi Akar Quru Qoşunlarının komandanı Yaşar Güler və Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüzla birlikdə Hataydakı hərbi birliklərdə son faktiki vəziyyəti təhlil ediblər. 

Onu da qeyd edək ki, Baş qərargah rəisi Akarla birlikdə MİT şefi Hakan Fidan da Hataya gəlib. 

Mia.az