Azərbaycan Dövlət Film Fondu yeni sənədlərlə zənginləşib. Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev deyib ki, musiqi sənətinin inkişafına dəyərli töhfələr vermiş Xalq Artisti Rafiq Babayevin qızı Farizə Babayeva tərəfindən atası ilə bağlı fotosənədlər və başqa arxiv materialları Fonda təqdim olunub. Bunların əsasında Rafiq Babayevin şəxsi arxiv fondu yaradılıb. Əməkdar İncəsənət Xadimi, bəstəkar Eldar Mansurov da şəxsi kino və video arxivini fonda təhvil verib. Tezliklə bəstəkarın atası, görkəmli tarzən, Xalq Artisti Bəhram Mansurovun da şəxsi kino arxivi fonda təqdim ediləcək.