GUAM-ın növbəti sammitinin bu ilin sonunadək keçiriləcəyi gözlənilir. Bunu Gürcüstan XİN-in başçısı Qriqol Vaşadze bildirib. Onun sözlərinə görə, GUAM-ın üzvləri fəal işləyirlər. Tərəflər iqtisadi, energetika və nəqliyyat sahələrində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar. Cənub nəqliyyat dəhlizinin yaradılması, Azərbaycanın enerji daşıyıcılarının Gürcüstan ərazisindən daşınması və turizm layihələri bu qəbildəndir. G.Vaşadze vurğulamışdır ki, GUAM xarici işlər nazirləri sentyabrda BMT Baş Məclisinin Nyu-Yorkda keçiriləcək sessiyası çərçivəsində görüşəcək və GUAM sammitinin vaxtını, habelə gündəliyini müəyyən edəcəklər. Çox ehtimal ki, zirvə görüşü bu ilin sonlarında keçiriləcəkdir. Xatırladaq ki, sonuncu dəfə GUAM başçıları 2007-ci ilin sentyabrında toplaşmışdılar.