?Bank Standard? tərəfindən buraxılan VISA kartlarının sahibləri endirim kampaniyasının iztirakçısı oldular
?Bank Standard?dan əldə etdiyiniz VISA kartı dünyanın 50 000 mehmanxanasında 75%-dək endirim təmin edir. Bu endirimlər ?VISA-HotelClub? proqramı çərçivəsində 2011-ci ilin mart ayının 8-dək davam edəcək. Kampaniya çərçivəsində VISA International plastik kart sahibləri internet üzərindən dünyanın 130 ölkəsində yerləşən butik tipli mehmanxanalardan tutmuş 5 ulduzlu otel şəbəkəsinədək 50 000-dən artıq oteldə 75%-dək endirim əldə edə bilərlər.
?Bank Standard?-ın verdiyi məlumata görə, kampaniyadan faydalanmaq istəyən VISA kart sahibləri səfərə çıxmadan əvvəl www.hotelclub.com/visa saytında yerləşdirilmiş geniş siyahıdan münasib mehmanxana seçib endirimli qiymətə otaq sifariş verə bilərlər. Qeyd olunur ki, sifarişlər həm təcili qaydada, həm də 12 ayadək qabaqcadan verilə bilər.
Kampaniyada ?Bank Standard? tərəfindən buraxılan bütün VISA plastik kartları iştirak edir. Həmin kartları bankın bütün filiallarında sifariş verib növbəti iş günü onu əldə etmək olar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19