İraq ordusu Əl-Havica şəhərinin İŞİD-dən tam azad olunduğunu bəyan edib.

General-leytenant Abdul Əmir Yarallı əməliyyatın başa çatması ilə bəyanat yayıb.

Məlumata görə, əməliyyat çərçivəsində ordu 98 kəndi İŞİD-dən təmizləyib, Tiqrit-Kərkük magistralı üzərinə nəzarəti bərpa edib və iki aeroportu silahlılardan azad edib. Əməliyyatda 200-ə yaxın silahlının öldürüldüyü xəbər verilir.

Əl-Havica İŞİD-in İraqda Mosuldan sonra əsas qərargahı hesab edilirdi.

Xatırladaq ki, şəhərin azad olunması üçün əməliyyat 2 həftə əvvəl başlamışdı.