ABŞ Kubanın Vaşinqtondakı səfirliyinin 15 diplomatına ölkə ərazisini tərk etmələri üçün bir həftə vaxt verib. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın Kubadakı səfirliyinin əməkdaşlarının və onların ailə üzvlərinin son bir ildə akustik hücumlara məruz qalmalarıdır. 

Qeyd edək ki, artıq ABŞ-ın Havanadakı səfirliyinin işçilərinin yarıdan çoxu geri çağırılıb. Bundan başqa, ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Kubaya səfər etməməklə bağlı xəbərdarlıq edib.