Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin qarşıdan gələn gələn parlament seçkilərində namizə olacağı dairə müəyyənləşib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Ə.Əliyev 17 saylı Yasamal III Seçki Dairəsindən namizəd olacaq. Qeyd edək ki, ADP sədrinin birinci müavini Həsrət Rüstəmov da 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə namizəd olacaq. Bu qərar partiyanın İdarə Heyətində qəbul olunmuşdu.