İraqın keçmiş prezidenti Cəlal Təlabani vəfat edib.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, sabiq prezident müalicə olunduğu Almaniyanın paytaxtı Berlində dünyasını dəyişib.
Xatırladaq ki, sabiq prezidentin 2012-ci ildə beyninə qan sızmışdı. O səbəbdən uzun müddət Almaniyada koma vəziyyətində müalicə olunub. 2014-cü ildə isə sağlamlığı qismən düzələn Təlabani Süleymaniyə şəhərinə dönüb. Lakin o, yenidən müayinə olunmaq üçün getdiyi Berlində bu gün vəfat edib.