Bu gün Masallı Rayon Məhkəməsində Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Fərzullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mia.az "Report"a istinadən xəbər verir ki, o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib: "Əgər Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayarsa, həbsin icrası həyata keçiriləcək".

Xatırladaq ki, prokuror X.Fərzullayevin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib..

Qeyd edək ki, bu il aprelin 5-də Masallı rayonunun Bədəlan kənd ərazisində X.Fərzullayev öz avtomobilində hərəkətdə olan zaman Bədəlan kənd sakini, piyada Rauf Tağıyevi qəfildən yola çıxması nəticəsində vurub. Sürücü dərhal onu xəstəxanaya çatdırıb və Bakıda müalicəsinin, o cümlədən cərrahi əməliyyatın bütün xərclərini öz üzərinə götürüb.