REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov iki vəkilindən imtina edib.
Mia.az xəbər verir ki, bu barədə "Report"a vəkil Fuad Ağayev məlumat verib.
O, İlqar Məmmədovla görüşdüyünü bildirib: "O, görüş zamanı digər vəkillərindən imtina etdiyini dedi. Bundan sonra İlqar Məmmədovun hüquqlarını yalnız mən müdafiə edəcəyəm".
Xatırladaq ki, daha əvvəl İ.Məmmədovun vəkilləri Cavad Cavadovla Şəhla Hümbətova olub.
a
Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.