Türkiyə Silahlı Qüvvələrinə (TSQ) məxsus hərbi-polis alayları Suriyanın İdlib vilayətində yaradılan təhlükəsiz əraziyə yerləşdirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilib.

Bəyanatda bildirilib ki, 3 qarant ölkədən (Rusiya, İran və Türkiyə) yalnız Türkiyə tərəfi hələlik atəşkəsə nəzarət edəcək.

Qeyd edək ki, İdlib təhlükəsizlik bölgəsinə Latakiya, Hələb və Həma şəhərləri də daxildir/Axar.az.