DUi hökumətdən anomal istilərlə bağlı tədbirlər proqramının hazırlanmasını tələb edib
Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib.
DUİ Sədrlər Şurası qurumun parlament seçkilərinə hazırlığının vəziyyətini və Seçki Qərargahının fəaliyyətini müzakirə edib. Azərbaycanın Türkiyə Cümhuriyyəti ilə hərbi müqavilə bağlamasını məqsədə uyğun sayıb.
DUİ Sədrlər Şurası sel və daşqınların nəticəsində zərər çəkmiş ölkə vətəndaşlarına qarşı polis zorakılığını pisləyir və kompensasiyaların ədalətli bölünməsini və korrupsiya hallarının aradan qaldırılmasını tələb edir.
Sədrlər Şurası Azərbaycan hakimiyyətinin anomal istilərə hazırlığın olmaması müzakirə edib və tədbirlər proqramının hazırlanması hökumətdən tələb olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51