Çin və İndoneziya aralarında yaranan mübahisəni "panda diplomatiyası” vasitəsilə həll etməyə çalışıb.

Trend-in məlumatına görə, Çin hökuməti İndoneziyaya iki panda təhvil verib.

Rəsmi Pekin hesab edir ki, bu addım iki ölkə arasında münasibətləri yumşalda bilər.

Qeyd edək ki, iki ölkə arasında Cənub-Çin dənizi ilə bağlı mübahisə mövcuddur. Çin İndoneziya sahillərinə yaxın olan ərazinin özünə məxsus olduğunu iddia edir.