İngiltərənin paytaxtı Londonda "Tower Hill” metrostansiyasında partlayış baş verib.
 
APA-nın "Express.co.uk”-a istinadən verdiyi xəbərə görə, partlayış böyük təşvişə səbəb olub.
 
Sərnişinlər evakuasiya edilib.
 
Hadisə zamanı ən az 5 nəfərin yüngül xəsarətlər aldığı deyilir.
 
Metro polisinin verdiyi məlumata görə, partlayışın terrorla əlaqəsi yoxdur. Hadisəyə elektron siqaret səbəb olub.