Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli görüşəcəklər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat şəxsin sözlərinə görə, liderlərin görüşü partiyada deyil, başqa bir məkanda baş tutacaq. Verilən məlumata görə, Müsavat başqanı ilə AXCP sədri partiyalar arasındakı əməkdaşlığı, seçki bloku və digər məsələləri müzakirə edəcəklər. AXCP-Müsavat birliyi ilə bağlı yekun qərarların bu gün veriləcəyi də bildirilir.