Türkiyənin Ağrı vilayətinin Döğubəyazid qəsəbəsində terrorçular mikroavtobusu atəşə tutublar.
 
APA-nın məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 6 adam yaralanıb.
 
Mikroavtobus Türkiyə ərazisinə qaçaq yolla keçən əcnəbiləri daşıyırmış. Nəqliyyat vasitəsi PKK terrorçuları tərəfindən saxlanılıb. Terrorçular mikroavtobusun sərnişinlərinə atəş açıblar.
 
Nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Sürücü və digər sərnişinlər qaça biliblər. Onlardan 6-sı polis əməkdaşları tərəfindən saxlanılıb. 

Qanunsuz miqrantlar bildiriblər ki, mikroavtobusda 20 nəfər olub. Polis qaçan digər miqrantları axtarır.