?Gənclərin Töhfəsi? İctimai Birliyinin üzvləri və bir qism gənclər Yeni Azərbaycan Partiyasının İlk Partiya Təşkilatını yaradır. Tədbir 14 avqust saat 16:00-da Birliyin ofisində baş tutacaq. Yığıncağın əsas məqsədi İlk Partiya Təşkilatını təsis etməkdən ibarətdir. Xatırladaq ki, ?Gənclərin Töhfəsi? İctimai Birliyi 13 dekabr 2009- cu ildə bir qrup gəncin təşəbbüsü ilə təsis olunub. 2010-cu il yanvar ayının 29-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Birliyin əsas məqsədi Azərbaycan vətəndaşlarının ümumrespublika səviyyəsində inkişafına yardım etməklə, mənəvi dəyərlərə əsaslanan müasir vətəndaş obrazının yaradılması, sosial- iqtisadi problemlərin həllinə kömək göstərilməsi, vətəndaşların maarifləndirilməsinə yardım edilməsi, ictimai həyatda gənclərin önə çəkilməsi, onların liderlik və idarəetmə qabiliyyətinin inkişaf etdirilməsidir.