Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ?Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında Müqavilə? üzrə səlahiyyətli orqanın müəyyən edilməsi barədə sərəncam imzaladı. Sərəncama əsasən, ?Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında Müqavilə?nin 3-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi müəyyən edildi.