ATƏT sədri: ?Qarabağ münaqizəsi asanlıqla həll olunmayacaq?
?Cənubi Qafqaz ərazisində mövcud münaqişələrin həlli işində dialoq üçün maksimum səy göstərmək vacibdir?. Bu bəyanatla yerli KİV nümayəndələrinə müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev çıxış edib.
?Biz ATƏT-in həmsədr ölkəsi kimi bütün postsovet məkanında mövcud olan yubadılmış münaqişələrin nizamlanması işində çox səy göstərmişik. Dnestryanı, Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyanın Gürcüstan ilə qarşıdurması - bütün bu münaqişələr asanlıqla həll olunmayacaq, o ki qaldı bir illik sədrlik dövründə?, - deyə Saudabayev bildirib.
O həmçinin əmin edib ki, Qazaxıstan bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50