[b]Birlik baş tutmasa, AXCP Müsavatı birliyi pozan qüvvə kimi qələmə verərək xəyanətkar elan edəcək[/b] AXCP-Müsavat birliyinin baş tutması getdikcə müşkülə çevrilir. Partiya funksionerləri arasındakı gərginlik və qarşılıqlı ittihamlar birliyin baş tutmayacağından xəbəb verir. Müstəqil İnformasiya Agentliyinə məlumat verən müxalifət funksionerlərindən birinin sözlərinə görə, artıq İsa Qəmbər də, Əli Kərimli də birliyin baş tutmayacağını anlayıblar: ?Amma hazırda hər iki partiya çalışır ki, birliyə mane olan qüvvə kimi görünməsin. Ona görə də mətbuata açıqlamalarında birliklə bağlı müsbət fikirlər səsləndirirlər. Lakin Arif Hacılının son günlər tutduğu mövqe və səsləndirdiyi təkliflər AXCP fəalları tərəfindəndən hiddətlə qarşılanıb. Hətta sosial şəbəkələrdə Arif Hacılını AXCP-Müsavat birliyinə mane olan əsas şəxs kimi göstərərək hədəfə çevriblər. Məndə olan məlumata görə, İsa Qəmbərin Mirmahmud Mirəlioğlu ilə əlaqələrini daha da sıxlaşdırması Əli Kərimlini də ciddi narahat edib. Hətta bu məsələ AXCP Rəyasət Heyətində müzakirə olunan zaman iclas iştirakçıları Müsavatın onlara ?kələk? gələcəyini bildiriblər. Əli Kərimli isə əgər İsa Qəmbər belə bir addım atarsa, Müsavatı xəyanətkar elan edəcəklər?. Bizi bilgiləndirən şəxs onu da bildirib ki, seçki kampaniyasına qədər razılıq əldə olunması, AXCP Müsavatı birliyi pozan qüvvə kimi qələmə verərək gözdən salmağa çalışacaq.