Litva Respublikasının mədəniyyət naziri Arunas Qelunasın başçılıq etdiyi nümayəndə heyəti avqustun 15-dən 19-dək Azərbaycanda səfərdə olacaq. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, səfərin əsas məqsədi Azərbaycan ilə Litva arasında mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək və birgə layihələri müzakirə etməkdən ibarətdir. Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində və digər dövlət qurumlarında görüşləri nəzərdə tutulur.