Milli Məclisdə ?Ərzaq təhlükəsizliyi haqqında? qanun layihəsi hazırlanır. Bu barədə parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. E.İbrahimov bildirib ki, sənəd tam hazırlandıqdan sonra Milli Məclisin payız sessiyasının müzakirəsinə çıxarıla bilər. Hazırda belə bir qanunun qəbuluna ciddi ehtiyac olduğunu deyən komitə sədrinin sözlərinə görə, bir sıra hallarda əhaliyə keyfiyyətsiz qida məhsulları satılır. Onun fikrincə, belə halların qarşısını daha səmərəli almaq üçün yeni qanun təsirli ola bilər.