Azərbaycan Liberal Partiya (ALP) hazırda həbsdə olan ?Gündəlik Azərbaycan? qəzetinin baş redaktoru Eynuda Fətullayevin 29 saylı Səbail Seçki dairəsində namizədliyini dəstəkləmək niyyətindədir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ALP sədr əvəzi Əvəz Temirxan məlumat verib. Onun sözlərinə görə, ALP həmin dairədən nəmizəd irəli sürmək fikrindəyidi, amma E.Fətullayevin həmin dairədən namizəd olmaq məsələsi gündəmə gəldikdə ona güzəştə getməyi qərarlaşdırıblar. Partiya yetkilisi seçki ərəfəsində baş redaktora lazımi dəstək verəcəklərini də vurğulayıb.