Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı bəlli olub.

Milli Məclisdən verilən məlumata görə, payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

Gündəlikdə bir sıra qanunlara dəyişiklər və sazişlərin təsdiqlənməsi ilə bağlı məsələlər müzakirə ediləcək. Bunlar aşağıdakılardır:

Əmək Məcəlləsinə dəyişiklik;

"Diplomatik xidmət haqqında” qanuna dəyişiklik;

"Əmək pensiyaları haqqında” qanuna dəyişiklik;

"Muzeylər haqqında” qanuna dəyişiklik;

"Rəsmi statistika haqqında” qanuna dəyişiklik;

"Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik;

"Sərhəd qoşunları haqqında” qanuna dəyişiklik;

"Təhsil haqqında” qanuna dəyişiklik;

"Heyvanlar aləmi haqqında” qanuna dəyişiklik;

"Müdafiə haqqında” qanuna dəyişiklik;

"Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişiklik;

"Dövlət əmlakının özəlləşdirilməsihaqqında” qanuna dəyişiklik.