Sabiq baş prokuror Əli Ömərov YAP-daki fəaliyyətimlə bağlı bir sıra məsələlər aydınlıq gətirib.

Mia.az xəbər verir ki, Ə.Ömərov bu barədə qısa bəyanat yayıb: 

"Son vaxtlar bir çox insanlar, o cümlədən jurnalistlər mənə YAP-daki fəaliyyətimlə bağlı suallarla müraciət edirlər. Həmin insanlara cavab olaraq bildirirəm ki, YAP da fəaliyyət göstərən bir sıra rəhbər işçilər Heydər Əliyev tərəfdarlarına o cümlədən mənə qarşı qərəzli münasibət göstərdiklərinə görə YAP üzvlüyündə davam etməyi məqsədə müvafiq bilmədim. 
Partiya sıralarından istefa etməyim barədə partiya sədri möhtərəm İlham Əliyevə aşağıdakı məzmunda ərizə ilə müraciət etdim".