Türkiyənin dini işlər naziri postuna təyinat olub.
 
Bununla bağlı Türkiyə Nazirlər Kabinetinin qərarı bu gün  "Resmi Gazete”-də dərc edilib.
 
Qərara əsasən professor Ali Erbaş dini işlər naziri təyin edilib.
 
Qeyd edək ki, A. Erbaş 2011-ci ildə Dini İşlər Nazirliyinin Təhsil xidmətləri şöbəsinin müdiri, 8 iyun 2017-ci ildə isə Yalova Universitetinin rektoru təyin edilib.
 
Xatırladaq ki, Türkiyənin dini işlər naziri Mehmet Görməz avqustun 4-də istefa verib/APA.