"Müsavat-AXCP birliyinin səmimi tərəfdarıyam. Bilirəm ki, avtoritar rejimə qarşı nüvəsində bu təşkilatların dayandıgı siyasi birlik daha səmərəli mübarizə apara bilər". Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, bu ideyanın öz şəxsi və qrup mənafelərini hər şeydən üstün tutanların, bəzi real vəziyyəti dəyərləndirmək qabiliyyəti olmayan qaraguruhçuların günahı ucbatından məhvə doğru getdiyini görür. Müsavat yetkilisinin sözlərinə görə, Demkonqres təklifi təklifim vəziyyəti xilas etmək cəhtlərindən biridir.