?Bank Standard? avtomobil kreditlərinin zərtlərini daha da əlverizli etdi
?Bank Standard? avtokreditləşmə şərtlərini optimallaşdırmaqla onları daha əlverişli edib. Yeni şərtlərə əsasən kreditin maksimal məbləği 40 min manat təşkil edib, minimal ilkin ödəniş məbləği avtomobilin dəyərinin 25%-dək azaldılıb.
Müqayisə üçün bidlirək ki, digər banklarda ilkin ödəniş məbləği 35-40% (yeni avtomobil satışı ilə məşğul olan rəsmi avtosalonlar istisna olmaqla) təşkil edir. ?Bank Standard?ın avtokreditləri üzrə faiz dərəcələri ilkin ödənişin həcmindən asılı olaraq 16%-dən başlayır. Bazar üzrə isə yeni avtomobillərə verilən kreditlərin orta faiz göstəricisi 19,5% təşkil edir.
Bundan əlavə, avtomobilin sığorta məbləği kreditə əlavə olunur və faktiki olaraq müştəri yalnız ilkin ödəniş və kredit üzrə komisyon haqqı ödəmiş olur.
Avtokreditləşmə proqramı, demək olar ki, ölkədə rəsmi təmsil olunan bütün avtomobil marka və modellərini əhatə edir. Proqram çərçivəsində yeni avtomobillərlə yanaşı istifadədə olmuş avtomobilləri də əldə etmək olar.
?Bank Standard?da kredit almaq üçün paytaxtda rəsmi qeydiyyatda olmaq məcburi şərt deyil. Kredit həmçinin ?Bank Standard?ın Gəncə, Lənkəran və Quba, filialların müştərilərinə də verilir.
?Bank Standard?ın avtomobil kreditləri minimal sənəd paketi və sürətli rəsmiləşdirilmə nəzərdə tutur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19