Pantomima Teatrı yeni mövsümədək hazır olacaq
?Şəfəq? kinoteatrında fəaliyyət göstərən Dövlət Pantomima Teatrının yerləşdiyi bina Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmir olunur. Nazirlikdən bildiriblər ki, təmir işləri hələlik birinci mərtəbədə aparılır. Səhnə və bütün otaqlar yüksək səviyyədə təmir edilib. Yeni havalandırma, səs, işıq sistemləri quraşdırılıb, avadanlıq təzələnib. Təmir işləri yeni teatr mövsümünün açılışına qədər başa çatacaq.
Kinoteatrın Pantomima Teatrına verilən ikinci mərtəbəsi də təmir olunacaq. Lakin təmir işlərinin nə vaxt başlayacağı hələlik məlum deyil.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47