Avropa Şurasının Bakı ofisinin yeni rəhbəri təyin olunub.
Bu barədə Avropa Şurasının mətbuat ofisindən məlumat verilib. AŞ-nın baş katibi Tyornbörn Yaqland bu vəzifəyə Zoltan Hernyesi təyin edib. Yeni səfir vəzifəsinin icrasında sentyabrda başlayacaq.
"Zoltan Hernyes Macarıstandan olan, geniş təcrübəyə malik diplomatıdır”, - deyə AŞ-dən bildirilib.
APA-nın əldə etdiyi məlumata görə, yeni səfirin vəzifəsinin icrasına sentyabrın 14-də başlayacağı gözlənilir.