?Parabank? ASC iyulun 2-dən bankın bütün kredit məsləhətçiləri və əməliyatçıları üçün treninqlər keçirir. Tədbirdə bankın baş ofisi və 18 filialından bank xidmətlərinin əməkdaşları iştirak edir. Treninqin əsas mövzuları ümumi bank xidmətləri, müştərilərlə davranışın təkmilləşdirilməsi, eləcə də xidmətin keyfiyyətinin və sürətinin artırılmasıdır. Treninqın sonunda sertifikatlaşmış proqram üzrə test imtahanı keçirilir. Test imtahanlarını müvəffəqiyyətlə başa vuran əməkdaşlara mükafat veriləcək və əmək haqqı artımı olacaq.Keçirilən treyninqlər nəticəsində əməkdaşlar öz bank biliklərini genişləndirir və yüksək xidmət biliklərinə sahib olacaqlar.