Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti ilə bağlı müsbət fikirlər səsləndirib. Hər zaman müxtəlif şəxs və qurumları tənqid etməsi ilə yadda qalan partiya sədri, bu kəs sözün həqiqi mənasında bir ilkə imza ataraq sözügedən nazirliyin son vaxtlardakı fəaliyyətini təqdir edib:

"Son zamanlar Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində müəyyən irəliləyişlər hiss olunur. Göygöldə bəzi müəssisələrin açılışı, regionlarda yaradılan baytarlıq laboratoriyaları və s. buna nümunədir. Mən bu laboratoryalardan bəzisini gedib gözümlə görmüşəm. Bizim tənqidlərimizdən sonra kənd təsərrüfatı sahsində ciddi irəliləyişlər baş verib. Quba rayonunda salınan böyük tingliklər və s. də müsbət haldır.
Mən sevinirəm ki, bizim tənqidlərimizdən nəticə çıxatmağa başlayıblar. Biz heç kimi, heç bir qurumu boş yerə tənqid etmirik. Bizim tənqidlərimiz sağlam tənqiddir. Əgər hansısa bir qurum bundan nəticə çıxararaq öz fəaliyyətində dönüş yaradırsa, bu bizi sevindirir. 

Lakin təəssüflər olsun ki, rayon icra başçılarının fəaliyyəti haqqında xoş söz söyləmək mümkün deyil. Onların fəaliyyəti əvvəlki kimi yarıtmaz olaraq qalır”.