AXCP ilə Müsavat arasında fikir ayrılığı yaranıb
"AXCP-Müsavat birliyi ətrafında yeni oyunbazlıqlar başlayıb. Birlik ideyasını pozmaq üçün bəziləri təkadamlıq "partiyaların" iştirakı ilə Demkonqres sayağı birlik yaratmaq variantını irəli sürür. Bu adamlar eyni motivlə AXCP-ni "Azadlq" blokuna görə suçlayırdılar. Xalq birlik qərarı gözlədiyi halda, real gücə sahib olmayanlardan ibarət yeni xaotik qrum yaratmaqla AXCP-Müsavat birliyini bu yolla pozmağa çalışırlar. Təəssüf".
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirləri AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib.
Qeyd eək ki, müxalifətin Demkonqres tipli birlirdə bir araya gəlməsi təklifi ilə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı çıxış edib. Bir araya gəlmək istəqyən partiyaların yetkililərinin ziddiyyətli açıqlamalarının birlik ideyasına mənfi təsir göstərməsi isə mümkündür.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51