Rusiya Liberal Demokrat Partiyasının lideri, tanınmış siyasətçi Vladimir Jirinovski Rusiya xarici işlər naziri Sergey Lavrovun vəzifəsindən getməsini təklif edib.
Mia.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Jirinovski Rusiyanın daha sərt siyasət yürütməli olduğunu bəyan edib. O, bu səbəbdən Rusiya XİN başçısının dəyişdirilməsini təklif edib: "Beynəlxalq problemlər qalır. Biz, daha sərt xəttin lazım olduğunu hesab edirik. Prezident olsaydım, xarici işlər nazirinin dəyişdirməkdən başlayardım. Bu gün başqa adam lazımdır, hansı ki, ondan yaxşı olacaq".