Prezident Ilham Əliyev Niderland krallığının Azərbaycandakı səfiri jan Lukas Inayat Van Hoornu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüşdə 2 ölkə arasında əlaqələrin həm ikitərəfli münasibətlər səviyyəsində, həm də Azərbaycan-Avropa Birliyi əməkdaşlığı çərçivəsində inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub. Dövlət başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.