Avqust ayının 9-da Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə yeni təyin olunmuş müşaviri Brigette S. Bucheti partiyanın mənzil qərargahında qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında mövcud əməkdaşlıq münasibətləri haqqında danışılmış, inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin, cari ilin noyabr ayında ölkədə keçiriləcək parlament seçkiləri, ona hazırlıq prosesi haqqında da söhbət açılıb. Görüşdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.