Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinskiy Xartum şəhərindəki rezidensiyasında ölü tapılıb.

Rusiya XİN-i faktı təsdiqləyib.

Hadisənin digər təfərrüatları hələ ki, məlum deyil.

63 yaşlı M.Şirinskiy 2013-cü ildən Rusiyanın Sudandakı missiyasına rəhbərlik edib. 

APA