Aydınlar Partiyası seçki hazırlıqlarını gələn ay baza vuracaq
Aydınlar Partiyası sentyabra qədər seçki hazırlıqlarını başa çatdıracaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə partiyanın mətbuat xidmətindən məlumat daxil olub.
Verilən məlumata görə, hazırda partiyada seçki hazırlaqları davam etdirilir, namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Amma yaxın müddət ərzində, daha dəqiqi sentyabr ayına qədər hazırlıq işləri yekunlaşacaq.
Məlumatda o da bildirilir ki, seçkilərdə digər qüvvələrlə əməkdaşlıq etmək, blok yaratmaq məsələsi də istisna edilmir. Ancaq bu günə kimi Aydınlar Partiyasına bununla bağlı müraciət edilmədiyi üçün hər hansı bir qərar yoxdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51