Rusiyaya məxsus onlarla hərbi yük maşını Belarusa daxil olub.

Bu barədə informasiyanı "Ex-press.by” saytı yayıb. Hərbi yük avtomobilləri Belarusun Birləşmiş Təlim Mərkəzinə doğru yollanıblar. Rusiya hərbçilərini Belarus yol polisi müşayiət edib.

Qeyd edək ki, bu ilin sentyabrında Belarusda Qərb-2017 hərbi təliminin keçirilməsi nəzərdə tutulub/Axar.az.